“Qalatasaray”dan səfər qələbəsi
03.03.2026 - 23:28
“Qalatasaray”dan səfər qələbəsi

Türkiyə Kubokunda mübarizə davam edir.

Apasport.az xəbər verir ki, bu gün A qrupunda IV turun oyunları keçirilir.

"Qalatasaray" "Alanyaspor"un qonağı olub. Matçda hesabı Barış Alper Yılmaz açıb. Çox keçmədən Renato Nhaqa fərqlənib. Meydan sahiblərinin gücü yalnız təsəlli topuna çatıb. Stiv Muni adını tabloya yazdırıb - 1:2.

Qeyd edək ki, "Qalatasaray" 12 xalla qrup lideridir.