Eltac Səfərli şahmat turnirində çempion olub
21.07.2024 - 22:55
Eltac Səfərli Belqradda təşkil olunan Serbiya Open-2024 şahmat turnirinin qalibi olub.
Apasport.az xəbər verir ki, o, 9 turdan sonra 7,5 xal toplayıb.
Şahmatçımız sonuncu turda Boyan Maksimoviçlə (Bosniya və Herseqovina) xalları yarıya bölüb. Bu, Eltaca 1-ci pillədəki mövqeyini qorumaq imkanı verib. Turnirin mükafat fondu 35 min avro olub.
Qeyd edək ki, Serbiya Open-2024-də 36 ölkədən 138 şahmatçı qələbə uğrunda mübarizə aparıb.
- Hakimlər fitnes testi verib
- "Qalatasaray" "İnter"in ulduzuna göz dikdi
- Mehmet Ak: "Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir" - Müsahibə
- Azər Bağırov: "Neftçi" "Sabah"a uduzsa, avrokuboklardan kənarda qala bilər" - Müsahibə
- Elmar Baxşıyev: "Futbolçunun başı yarılmalıdır ki, penalti verilsin?"
0
0