Niderland yığmasının daha bir futbolçusu AVRO-2024-ü buraxacaq
11.06.2024 - 14:32
Niderland millisi AVRO-2024-də Frenki de Yonqla yanaşı, daha bir yarımmüdafiəçinin xidmətindən məhrum ola bilər.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, əzələ zədəsi olan "Atalanta"nın yarımmüdafiəçisi Ton Kopemeyners Almaniyaya yollanmamaq təhlükəsi ilə üzləşib.
26 yaşlı futbolçu ötən mövsüm İtaliya A Seriyasında 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Niderland millisi AÇ-2024-də Polşa, Fransa və Avstriya ilə eyni qrupda çıxış edəcək.
- "El-klassiko" öncəsi "Barselona"da növbəti itki
- Xorvatiya son 2 mundialda 4 dəfə penaltiləri qazanan ilk komanda oldu
- “Borussiya”nın kapitanı Amerika klubuna keçir
- Krunoslav Renduliç: “Bütün bunlara görə məşqçi məsuliyyət daşıyır“
- Türkiyə Super Liqasında 2025/26 mövsümünün başlanacağı tarix açıqlanıb
0
0