Mbappe Messiyə yaxınlaşdı - Dünya çempionatlarında 18-ci qol
01.07.2026 - 03:07
Mbappe Messiyə yaxınlaşdı - Dünya çempionatlarında 18-ci qol

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-da qol sayını artırıb.

Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu 1/16 finalda İsveçə qarşı 2 qol vurub.

Bununla Mbappe cari turnirdə 6 qola çataraq Lionel Messiyə şərik olub. O, dünya çempionatları tarixində isə ümumilikdə 18-ci qolunu vurub və bu göstəricidə zirvədə olan Messiyə yaxınlaşıb.

Qeyd edək ki, Messinin dünya çempionatlarında 19 qolu var. Mbappe rekorddan cəmi 1 qol geri qalır.