Premyer Liqada 19 ilin rekordu vuruldu
29.05.2023 - 10:24
Misli Premyer Liqasının başa çatan 2022/23 mövsümündə 475 qol vurulub.
Apasport.az saytının məlumatına görə, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir.
Bu, son 19 mövsüm üçün rekord göstəricidir. 2004/05 mövsümündən indiyədək olan müddətdə belə məhsuldarlıq qeydə alınmayıb.
Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/04 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 qolun vurulduğu çempionatda orta göstərici 2,90 olub.
Qeyd edək ki, 2021/22 mövsümünün 112 oyununda 295 qol vurulub. Həmin vaxt məhsuldarlıq 2,60-a bərabər olub.
- Pumse üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Qurban Qurbanov: “Onların məğlubiyyətləri bizi aldada bilər” - MÜSAHİBƏ
- “İnter”dən böyükhesablı qələbə
- “Quba”nın basketbolçusu: “Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır”
- "Araz-Naxçıvan"ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub
0
0