Stolüstü tennis turnirinə yekun vuruldu
28.12.2024 - 17:08
Stolüstü tennis üzrə "Top 8" turniri keçirilib.
Apasport.az xəbər verir ki, yarış "Şüa İdman Kompleksi"ndə təşkil olunub.
Kişilərin mübarizəsində Onur Quluzadə qalib olub. O, həlledici görüşdə Rüstəm Hacılını məğlub edib. Bürünc medala Vəzir Allahverdiyev layiq görülüb.
Qadınların yarışında isə Aylin Əsgərova ilk pillənin sahibi olub. Mərziyyə Nurmətova finalda uduzub. Ləman Abdulhəmidova 3-cü pillədə qərarlaşıb.
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və mükafatları təqdim olunub.
- Yığmamızın Çexiya və Şotlandiya ilə oyunlar üçün heyəti açıqlanıb
- İtaliya və İngiltərə klubları Osimheni transfer etmək istəyir
- “Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"
- “Liverpul” yeni mövsüm üçün formalarını təqdim edib
- Paraatıcımız Paralimpiya Oyunlarına lisenziya qazanıb
0
0