Cokoviç yarımfinalda
21.01.2025 - 18:48
Tennis üzrə “Australian Open 2025" turnirinin 1/4 final görüşləri keçirilir.
Apasport.az xəbər verir ki, Novak Cokoviç ispaniyalı Karlos Alkarasla üz-üzə gəlib.
Görüş gərgin şəraitdə keçib. Cokoviç matçda 3:1 hesablı qələbəyə sevinib.
Bu nəticə ilə serbiyalı tennisçi adını yarımfinala yazdırıb.
“Australian Open” 2025
1/4 final
Novak Cokoviç – Karlos Alkaras – (4:6, 6:4, 6:3, 6:4)
Qeyd edək ki, məşhur raketka ustası yarımfinal mərhələsində Aleksandr Zverev ilə qarşılaşacaq.
- Azərbaycan Kuboku: Yarımfinalın oyun cədvəli bəlli oldu
- Andrey Demçenko: “İrəli getmək üçün edəcəklərimizi öyrənirik”
- “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” seminarı keçirilib - FOTO
- De Xea karyerasını "Fənərbaxça"da davam etdirə bilər
- Emin İmaməliyev: "Fikrimcə, "Qarabağ" "Lion" üzərində layiqli qələbə qazanacaq"
0
0