
Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.
Apasport.az Federasiyaya istinadla xəbər verir ki, o, 1/4 final çərçivəsində keçiriləcək “LKS Commercecon LODZ” (Polşa) və “Allianz Vero Volley Milano” (İtaliya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qarşılaşmanın hakimləri ukraynalı Mixaylo Medvid və rumıniyalı Boqdan Laurentiu Stoitsa olacaq.
Qeyd edək ki, görüş fevralın 20-də baş tutacaq.
- Paris-2024: Türkiyənin yarımfinaldakı rəqibi bəlli olub
- "Araz-Naxçıvan"-"Zirə" qarşılaşmasının stadionu yenidən dəyişdirildi
- Elvin Bədəlov: “Bizə mane olan yalnız özümüzük” - MÜSAHİBƏ
- Qvardiola: "Çempionlar Liqasından kənarda qala bilərik"
- Vaqif Cavadov: “Yığma son vaxtlar çox yaxşı oyun nümayiş etdirir”