TFF Merih Demiralın diskvalifikasiyasını təkzib edib
04.07.2024 - 23:25
Türkiyə yığmasının futbolçusu Merih Demiral 2 oyun diskvalifikasiya olunması xəbəri təsdiqlənməyib.
Apasport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası rəsmi açıqlama ilə bu informasiyanı təkzib verib.
Almaniya mətbuatında Merihin 1/8 finalın Avstriya (2:1) ilə qarşılaşmasında "bozqurd" işarəsi nümayiş etdirdiyinə görə cəzalandığı xəbəri yayılıb. Amma TFF bu məlumatın doğru olmadığını bildirib.
Qeyd edək ki, Demiral Avstriya ilə görüşdə komandanın hər iki qolunun müəllifi olub.
- Olimpiya çempionları üçün xüsusi olimpiya təqaüdünün məbləği dəyişib
- “Sabah” autsayderə uduzdu, “Neftçi” "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB
- "Qarabağ"ın prezidenti: Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq
- Polşa millisinin baş məşqçisi: “Argentinadan qol buraxmağa hazır olmalısan”
- Avropa çempionatı: Millimizin ikinci mərhələdəki rəqibləri bəlli olub
0
0