"Azərreyl" və "Murov Az Terminal"a qarşı
22.04.2025 - 09:16
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final oyunu bu gün keçiriləcək.
Apasport.az xəbər verir ki, həlledici matçda "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 15:00-da start götürəcək.
Tərəflər arasında ikinci görüş aprelin 25-də gerçəkləşəcək.
Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.
- "Qarabağ" tribunalara işğaldan azad olunmuş şəhərlərin adlarını verib
- AL: Yarımfinalın cavab oyunlarının hakimləri bəlli olub
- “Araz” Şamaxı səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Renat üçün Almaniya variantı - Mahir Emreli ilə komanda yoldaşı ola bilərmiş
- III MDB Oyunlarının medal sıralaması: Azərbaycan yerini qoruyub
0
0