De Bruyne addım-addım "Napoli"yə
31.05.2025 - 17:52
"Mançester Siti"dən ayrılmaq qərarı alan Kevin de Bruynenin "Napoli"yə keçidi son mərhələdədir.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçinin iyun ayının əvvəlində Neapol təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
De Brüynenin "Mançester Siti" ilə müqaviləsi iyunun 30-a qədərdir. O, bundan sonra azad agent olacaq.
Bu mövsüm De Brüyne 40 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
- “Abşeron Lions” Polşa təmsilçisi ilə bacarmayıb
- Türkiyə klublarını çalışdıran mütəxəssis "Ayaks"da - Rəsmi
- "Gələcəyin ümidləri" təlim proqramına seçilən cüdoçularla görüş təşkil edilib
- Azərbaycan çimərlik voleybolu üzrə klub reytinqdə Avropada birincidir
- Gimnaziadada iştirak edəcək taekvondoçularımız bəlli olub
0
0