“Azərreyl”in avrokubok matçlarının vaxtı dəqiqləşdi
01.12.2022 - 10:32
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çelenc kubokunun 1/16 final mərhələsində oyunlarının vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Eldar Yusubovun komandası Almaniya “Turingen”i ilə ilk görüşünü dekabrın 14-də evdə keçirəcək.
Voleybol Mərkəzində təşkil olunacaq matç saat 17:00-da başlanacaq.
Komandaların cavab oyunu isə dekabrın 20-nə təsadüf edəcək. Eldar Yusubovun komandası Almaniyadakı görüşə Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.
Qeyd edək ki, “Azərreyl” 1/32 finalda “Slaviya”ya (Slovakiya) qalib gəlib.
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb
- “İnter” onunla danışıqlara başladı
- Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verilib
- Krakov-2023: Məmmədov 2-ci oldu
0
0