"Gəncə"də yeni müqavilə
01.06.2026 - 12:21
"Gəncə"də yeni müqavilə

"Gəncə" klubu ukraynalı voleybolçu Olena Napalkova ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bunu Qərb təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Ukrayna millisinin də üzvü olan oyunçu növbəti mövsümdə komandanın formasını geyinəcək.

Qeyd edək ki, 2024/2025 mövsümündə də "Gəncə"nin formasını geyinmiş Olena Napalkova bu komandanın heyətində Azərbaycan Kubokunun gümüş medalını qazanıb.