Millimiz Belarus klubuna məğlub olub
28.05.2026 - 23:38
Millimiz Belarus klubuna məğlub olub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

Apasport.az xəbər verir ki, Avropa Liqasına hazırlıqlarını davam etdirən yığmamız 22-27 may tarixlərində Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli “Minsk” klubu ilə iki yoxlama oyunu keçirib.

Komandamız hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).

Qeyd edək ki, millimiz Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək. Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.