Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.
Apasport.az xəbər verir ki, komandamız Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan hər iki görüş voleybolçularımızın qələbəsi ilə yekunlaşıb. Yığmamız hər iki qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.
Beləliklə, komandamız Avropa çempionatına hazırlıq çərçivəsində Yunanıstan, Latviya və Belarus yığmalarının hər biri ilə iki yoxlama oyunu keçirib. Faiq Qarayevin rəhbərlik etdiyi millimiz bütün görüşlərdə qələbə qazanıb.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı – VIII turun cədvəli
- Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
- Milli Paralimpiya Komitəsi və Badminton Federasiyası "Parabadminton Günü" təşkil edəcək
- TFF “Fənərbaxça” və “Qalatasaray” futbolçularını cərimələyib