Serbiya voleybol millisini Paris Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdıqdan sonra Avropa mətbuatında baş məşqçinin qovulması ilə bağlı xəbərlər yayılmışdı.
Apasport.az xəbər verir ki, Serbiya Voleybol Federasiyası bu xəbərləri təkzib edib.
Yayılan xəbərlərdə Covanni Quidettinin postunu Stefan Antiqanın tutması ilə bağlı məlumat yer alırdı.
Federasiya isə bildirib ki, voleybol millisinin nəticələrindən və inkişafından razıdır. Rəhbərlik hazırda hər hansı məşqçi dəyişikliyi barədə düşünmür.
Xatırladaq ki, serblər Olimpiadanın 1/4 final mərhələsində İtaliyaya məğlub olaraq mübarizəni dayandırıb. İtaliya isə yarımfinalda Türkiyənin rəqibi olub.
- Saşa İliç: “Oyunumuzdan razı qalmadım”
- Rapid yarışlarına yekun vurulub
- İngiltərə millisinin AVRO-2024 üçün ilkin heyəti - Siyahı
- Mahir Məmmədov Bakıda, regionlarda və xaricdə yaşayan azərbaycanlı məşqçilərlə görüşüb - FOTO
- Rəşad Sadiqov: “Ən güclü milli hazırkı deyil, millinin vaxtları olub” - Müsahibə