Yüksək Liqa: Yarımfinal mərhələsinə bu gün start veriləcək
15.04.2025 - 09:38
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.
Apasport.az xəbər verir ki, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gələcəklər.
Qarşılaşma saat 15:00-da start götürəcək. Saat 17:00-da isə “Milli Aviasiya Akademiyası” ilə "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.
- "Kəpəz" yeni legioner transferini həyata keçirib
- UEFA Ermənistan Futbol Federasiyasını külli miqdarda cərimələyib
- Qurbanovla Regekampf irəlilədi – dünya reytinqində
- AFFA Ermənistan - Xorvatiya oyunundakı təxribatla bağlı bəyanat yaydı
- Şəhriyar Əsgərov: "Cavab matçında daha yaxşı nəticə göstərməyə çalışacağıq"
0
0