36 yaşlı futbolçu Avropaya qayıtdı
17.01.2025 - 12:20
"Fənərbaxça"nın sabiq futbolçusu İslam Slimani yenidən Avropada çıxış edəcək.
Apasport.az xəbər verir ki, əlcəzairli hücumçu Belçikanın "Vesterlo" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə ilə Əlcəzairin "Beluizdad" klubuna məxsus olan 36 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında bu komandada çıxış edəcək.
Qeyd edək ki, İslam Slimani 2018/2019 mövsümündə "Fənərbaxça"da oynayıb. O, Avropada "Lester", "Nyukasl", "Monako", "Lion", "Brest" və "Anderlext"də də çıxış edib.
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"
- “Sabah”ın 3 futbolçusu mükafatlandırılıb
- Çempionla debütantın oyunu Əliyar Ağayevə tapşırıldı
- “Mançester Yunayted”in hücumçusu İtaliya yolunda
- Kapitan gəmini tərk edir - ”Kristal Pelas”da ayrılıq səsləri
0
0