46 yaşlı Ronaldinyo futbola qayıtdı: İtalyan klubu açıqladı
20.06.2026 - 19:41
Braziliya futbolunun əfsanələrindən olan Ronaldinyo yenidən yaşıl meydanlara dönüb.
Apasport.az xəbər verir ki, 46 yaşlı sabiq futbolçu İtaliyanın Serie C təmsilçisi “Ravenna” ilə müqavilə imzalayıb.
Klubun yaydığı məlumata görə, Ronaldinyo komandanın heyətində çıxış edəcək və yeni mövsümdə “Ravenna”nın uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Ronaldinyo karyerası ərzində “Barselona”, PSJ və “Milan” kimi nəhəng klubların formasını geyinib, həmçinin Braziliya millisinin heyətində dünya çempionu olub.
0
0