"Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı mövsümün sonunda müqaviləsi bitəcək futbolçularla bağlı son durumu açıqlayıb.
Apasport.az xəbər verir ki, Acun “A Spor”da qatıldığı verilişdə İrfan Can Kahveci ilə anlaşmağa yaxın olduqlarını bildirib:
"İrfan Can mənim üçün çox xüsusi futbolçudur. "Fənərbaxça"lılar üçün də eynidir. Prezidentimizin də ona qarşı xüsusi sevgisi var. O, çox yaxşı futbolçudur. Özü də komandada qalmaq istəyir, biz də bunu istəyirik. İrfanla demək olar ki, anlaşmışıq”.
Ilıcalı Duşan Tadiç, Brayt Osayi-Samuel və Edin Cekonu komandada saxlamaq istədiklərini qeyd edib:
"Osayi üçün də niyyətimiz eynidir. Tadiçin qalacağını düşünürəm. O, Kadıköyü öz evi kimi görür. Ceko da eyni şəkildə. Onun bizimlə olması böyük bir şansdır".
Qeyd edək ki, İrfan Can Kahveci, Duşan Tadiç, Brayt Osayi-Samuel və Edin Cekonun "Fənərbaxça"dakı müqavilələri bu mövsümün sonunda başa çatacaq.
- Eldəniz Əzizli: “Azarkeşi olduğum yığmanın finala yüksələcəyinə inanmıram”
- "Sumqayıt"dan narazı valideynlər "Sabah"ı istəyirsə, bizim nə günahımız var?"
- Avropa çempionumuz erməniyə qalib gəlib birinci oldu – Qoridə 10 medal
- “Araz-Naxçıvan”dan yubiley qolu
- Azərbaycan çempionatının daha bir matçı təxirə salındı