Acunun komandası Türkiyə klubunu məğlub edib
28.07.2026 - 23:27
Acunun komandası Türkiyə klubunu məğlub edib

Yeni mövsümdə İngiltərə Premyer Liqasında çıxış edəcək “Hull Siti” hazırlıq planı çərçivəsində bu gün ikinci yoxlama matçını keçirib.

Apasport.az xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu klub “Rizəspor”la üz-üzə gəlib.

Görüş İngiltərə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Hull Siti” ilk yoxlama oyununda “Konyaspor”u 3:0 hesabı ilə məğlub edib.