Afrikadan DÇ-2026-da tarixi nəticə - 10 komandadan 9-u pley-offda
28.06.2026 - 08:26
2026-cı il dünya çempionatında Afrika təmsilçiləri diqqətçəkən nəticəyə imza atıblar.
Apasport.az xəbər verir ki, mundialda iştirak edən 10 Afrika millisindən 9-u 1/16 final mərhələsinə yüksəlib.
Pley-offa vəsiqə qazanan Afrika komandaları Cənubi Afrika, Kabo-Verde, Fil Dişi Sahili, Misir, Qana, Mərakeş, Seneqal, DR Konqo və Əlcəzair olub.
Afrika təmsilçiləri arasında yalnız Tunis qrup mərhələsini keçə bilməyib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında Afrika ilk dəfə 10 komanda ilə təmsil olunur.
0
0