Ançelotti Neymarı milliyə çağırmayıb
04.11.2025 - 12:53
Ançelotti Neymarı milliyə çağırmayıb

Braziliya millisinin məşqçilər heyəti bu ayın ortalarında keçirəcəkləri iki yoxlama oyunu üçün əsas heyəti dəqiqləşdirib.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti zədəsi yenicə sağalan “Santos”un hücumçusu Neymarı heyətə çağırmayıb.

33 yaşlı futbolçu bu yaxınlarda Braziliya liqasında “Fortaleza”ya qarşı oyunda (1:1) iştirak edib.

Braziliya millisi 15 noyabrda Londonda Seneqal yığmasıyla qarşılaşacaq. Komanda 18 noyabrda isə Fransanın Lill şəhərində Tunis millisiylə görüşəcək.