“Real”ın baş məşqçisi Karlo Ancelotti komandanın oyun sistemində dəyişikliklər etmək qərarına gəlib.
Apasport.az saytı xəbər verir ki, La Liqanın VI turunda səfərdə “Atletiko”ya məğlubiyyət (3:1) italiyalı mütəxəssisi radikal qərarlar almağa məcbur edib.
64 yaşlı Ancelotti 4-3-3 sisteminə keçməyə hazırlaşır. Hətta VII turun “Real” – “Las Palmas” oyununda komandanın meydana yeni sistem ilə çıxması gözlənilir. Bu isə zədəsini sağaldan Arda Gülər və Brahim Diazın əsas heyətdə oynamaq şansını artıracaq.
Qeyd edək ki, 6 turdan sonra 15 xal toplayan “Kral klubu” turnir cədvəlinin 3-cü pilləsində yer alır
- İspaniya millisinin üzvü daha 5 il “Barselona”da - RƏSMİ
- “Məşuqəni ailəndən çox düşünəndə diqqətini futbola yönəltmək çətindir” - Regekampf haqda
- Hakan Çalhanoğlu zədələndi
- Kişi voleybolçular arasında Azərbaycan çempionatında VIII tur başlayır
- “Liverpul”un ÇL şansları minimuma endi, “Arsenal”dan çempionluq hədiyyəsi