Antonio Konte “Napoli”yə başçılıq edə bilər
10.10.2023 - 23:23

Rudi Qarsiyanın “Napoli”dəki gələcəyi sual altındadır.
Apasport.az saytı xəbər verir ki, klub rəhbərliyi komandanın göstərdiyi nəticələrdən narazıdır.
İtaliya A seriyasının son turunda “Latsio”ya uduzan “Napoli”də yenidən baş məşqçinin istefaya göndərilməsi gündəmə gəlib. Ölkə mətbuatı məlumatına görə, Antonio Konte bu vəzifəyə əsas namizəd sayılır. Neapol klubunun prezidenti Aurelio De Laurentisin təcrübəli mütəxəssislə ilkin danışıqlar apardığı bildirilir.
- Rauf Mehdiyev: "Rakov"la görüşdə Şahruddin sözünü deyəcək" - MÜSAHİBƏ
- Cüdo üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib
- PFL rəsmisi Konfrans Liqasına təyinat aldı
- Felipe Melo gündəmdən düşmür
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
0
0