İngiltərə Premyer Liqası təmsilçilərindən "Arsenal" “Atletik”in üzvü Niko Uilyamsın transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, "topçular" artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb.
London klubunun yeni idman direktoru Andrea Berta yay aylarında vingerin keçidini bitirmək niyyətindədir.
Xatırladaq ki, 22 yaşlı ispaniyalının “Atletik”lə müqaviləsində 58 milyon avro dəyərində sərbəstqalma maddəsi yer alır.
Qeyd edək ki, son Avropa çempionu bu mövsüm La Liqa təmsilçisinin heyətində iştirak etdiyi 38 rəami matçda 9 qol, 7 assistlə yadda qalıb.
- Elçin Məsiyev UEFA-dan təyinat alıb
- Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərin SİYAHISI
- Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
- “Qalatasaray”ın matçını idarə edən hakimin ürəyində problem yaranıb
- Azərbaycan Qran-prisi “Formula-2” yarışı ilə START GÖTÜRDÜ