"Arsenal" "Barselona"nın yarımmüdafiəçisi üçün 75 milyon avro ödəyə bilər
28.02.2025 - 16:16
"Barselona"nın yarımmüdafiəçisi İngiltərə yolunda
"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq İspaniya çempionatından İngiltərə Premyer Liqasına keçə bilər.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə Londonun "Arsenal" klubu maraqlanır.
"Arsenal" De Yonq üçün "Barselona"ya nə qədər pul ödəyəcək?
“Topçular” niderlandlı üçün 75 milyon avro təklif edir. Müqavilə yay transfer pəncərəsində tamamlana bilər.
De Yonqun müqavilə müddəti
De Yonq 2019-cu ilin yayından "Blauqrana"da oynayır. Futbolçunun müqaviləsi 2026-cı ilin iyunun sonunda başa çatacaq.
La Liqasının cari mövsümündə yarımmüdafiəçi kataloniyalıların heyətində 14 oyun keçirib, 2 qol vurub , 3 məhsuldar ötürmə edib.
- Millimiz İran yığmasını məğlub edib
- Miodraq Bojoviç: "Əsas olan mərhələ adlamaqdır"
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"
- Sənan Abdullayev: "Bu mövsüm də heç bir sponsorla anlaşa bilməmişik"
- Kevin Medina: “Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq”
0
0