Salahdan antirekord
17.03.2025 - 12:57

İngiltərə Liqa Kubokunun final matçında "Liverpul" "Nyukasl"la üz-üzə gəlib.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, mersisaydlıların ulduz futbolçusu Məhəmməd Salah bu qarşılaşmada antirekordla yadda qalıb.
Misirli forvard "Liverpul"dakı karyerası ərzində ilk dəfə 90 dəqiqə ərzində heç bir zərbə vura bilməyib.
Salah bu mövsüm "Liverpul"un bombardiridir. 32 yaşlı hücumçu 43 matçda iştirak edib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Arne Slotun yetirmələri 1:2 hesablı məğlubiyyətdən sonra kuboku əldən verib.
- "Beşiktaş"da növbəti ayrılıq
- Səid Mollayi "Masters"də gümüş medalla kifayətləndi
- AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
- Yığmanın sabiq futbolçusu: “Neftçi” ilə oyunda “Qarabağ”ı üstün hesab edirəm”
- Ozan Can Kökçü: “Pis kimi görürsənsə, onda deyəcək kəlmə yoxdur” - MÜSAHİBƏ
0
0