"Arsenal" "Milan"ın ulduzunu istəyir
10.04.2024 - 14:33
"Arsenal" hücum xəttini ulduz hücumçu ilə gücləndirə bilər.
Apasport.az xəbər verir ki, “topçular” A Seriyasında çıxış edən “Milan”ın portuqaliyalı hücumçusu Rafael Leao ilə maraqlanır.
İngiltərə klubunun rəhbərliyi yay "transfer pəncərəsi" üçün prioritet hədəf kimi Leaonu müəyyənləşdirib. Komandanın baş məşqçisi Mikel Arteta şəxsən bu oyunçunu transfer etməkdə israrlıdır.
Rafaelin transfer qiyməti 90 milyon avro olaraq qiymətləndirilir. Bu mövsüm hücumçu "rossoneri"nin heyətində 38 matçda iştirak edib, 12 qol vurub, 12 məhsuldar ötürmə edib.
- “Mançester Siti”nin sağ cinah müdafiəçisi “Arsenal”la oyunu buraxa bilər
- “Barselona”nın gözü Yurgen Kloppda
- “Liverpul” PSJ-nin futbolçusunu 160 milyona transfer etmək istəyir
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- "Qalatasaray" - "Adana Demirspor" oyununun VAR hakimi qovuldu
0
0