"Atletiko"nun hücumçusu Anxel Korreanı sərt cəza gözləyir.
Apasport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Korrea İspaniya çempionatının "Xetafe" ilə oyununda (1:2) hakimi təhqir etdiyinə görə qırmızı vərəqə almışdı. O, bu səbəbdən uzun müddətlik diskvalifikasiya oluna bilər.
La Liqa qaydalarına əsasən, hakimə, köməkçi hakimə, dördüncü hakimə, menecerlərə və ya idman səlahiyyətlilərinə qarşı təhqiramiz ifadələr işlətməyin cəzası 4-12 oyunluq diskvalifikasiyadır.
Xatırladaq ki, argentinalı forvard "Xetafe" ilə matçın 87-ci dəqiqəsində qırmızı vərəqə alıb. O, meydandan qovulanda hakimin ailəsinə qarşı bir sıra nalayiq ifadələr işlədib.
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başlanıb
- "Fənərbaxça" - "Qalatasaray" derbisi bu tarixdə baş tutacaq
- ATF "Konstitusiya və Suverenlik İli"nə həsr olunan dəyirmi masa keçirib
- Valdas Dambrauskas: “Rəqibimiz daha çox risk almağa məcbur olacaq”
- Keysuke Honda karyerasını harada davam etdirəcəyini açıqladı