“Barselona”da ciddi itki
21.12.2025 - 21:56
“Barselona”nın heyətində itki baş verib. La Liqa nəhənginin müdafiəçisi Andreas Kristensen sıradan çıxıb.
Apasport.az xəbər verir ki, danimarkalı futbolçu komandanın məşqi zamanı dizindən zədə alıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı mərkəz müdafiəçisi bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Kristensen 2022-ci ilin yayından “Barselona”da çıxış edir. Danimarka millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.
- Raman Saley Dünya Seriyasında mübarizə aparacaq
- "Qarabağ"ın futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb
- Azərbaycan cüdoçuları Qvadalaxara Qran-Prisində mübarizə aparacaq
- Ayxan Abbasov: “Futbolumuzun müəyyən bir səviyyəyə çatmasını istəyiriksə…”
- Şahmatçılarımız beynəlxalq turnirdə mübarizə aparırlar
0
0