“Barselona”nın Dembele problemi
15.11.2022 - 22:48
“Barselona”nın hücumçusu Usman Dembele mövsümün sonunda problemsiz komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb 25 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsində yer alan bənddir.
Məsələ burasındadır ki, Fransa millisinin üzvünün sərbəst qalma məbləği 2023-cü ilin iyun-iyul aylarında 100 milyondan 50 milyon avroya düşəcək. Bu da onunla maraqlanan klubların futbolçunu asanlıqla əldə etməsinə kömək ola bilər.
Qeyd edək ki, Usman Dembele yay fasiləsində “Barselona” ilə yeni 2 illik müqavilə bağlayıb.
- “Gəncə”dən inamlı qələbə, “Azərreyl” məğlub olub
- Çempionlar Liqasının əsas mərhələsinin topu təqdim edilib
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Klublar yanvarda transferə nə qədər xərcləyib?
- FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirdi
0
0