"Barselona"nın qapıçısı meydanlara qayıdır
23.01.2024 - 16:45
“Maksimum iki həftəyə hazır olacağımı düşünürəm”.
Apasport.az xəbər verir ki, bunu "Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen meydana nə vaxt dönəcəyindən danışarkən deyib.
Almaniyalı qolkiper vəziyyətinin yaxşılaşdığını deyib: "Həkimlərin hazırladığı plana uygun hərəkət etdim. Artıq tam sağalmışam. İnanıram ki, yaxın 2 həftə ərzində hazır olacam. Komandayla meydana çıxacağım günü həsrətlə gözləyirəm”.
Qeyd edək ki, ötən il noyabrın 12-dən bəri futbol oynamayan 31 yaşlı çərçivə qoruyucusu həmin ilin dekabr ayında belindəki problemləri həll etmək üçün əməliyyat olunub.
- Meydana sonradan daxil olaraq qollar vurmasının sirri varmı? - Ülvi İsgəndərovla MÜSAHİBƏ
- Rəşad Sadıqovdan Yurçeviçə cavab: “Özünün Azərbaycanda müqaviləsi necə olub?”
- “Qarabağ” “Rakuv”u keçə bilməsə onunla qarşılaşacaq – Avropa Liqasında
- “Sabah” ispan müdafiəçini izləyir
- "Beşiktaş"dan "Latsio"ya 10 milyonluq təklif
0
0