“Barselona”nın Rabyo planı
25.10.2022 - 00:00
“Yuventus”un futbolçusu Adrien Rabyo karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Barselona”nın maraq dairəsinə düşüb.
La Liqa klubu müqaviləsi mövsümün sonunda başa çatacaq Rabyonu azad agent kimi heyətinə qatmağı planlaşdırır. Xavi yarımmüdafiə xəttini yeniləmək istəyir və fransalı onun namizədlər siyahısındadır.
Qeyd edək ki, yarımmüdafiəçiyə “Mançester Yunayted” də maraq göstərir.
- Azərbaycan boksçuları Avropa Oyunlarını “Top-7”də başa vurub
- Paris-2024: Parataekvondoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
- İdman jurnalistlərinin baş məşqçi namizədləri - Foqts, De Byazi kimi dağdan düşən yox...
- AFFA-nın İcraiyyə Komitəsinin qərarları açıqlandı
- Basketbolçularımız Avropa çempionatında mübarizəyə başlayır
0
0