"Bavariya" onunla razılaşdı
08.02.2023 - 12:19

Münhenqladbax "Borussiya"sının hücumçusu Markus Türam mövsümün sonunda "Bavariya"ya keçəcək.
Apasport.az saytı xəbər verir ki, yayda Almaniya təmsilçisi ilə müqaviləsi bitəcək 25 yaşlı futbolçu yeni klubu ilə keçidin detallarını razılaşdırıb.
Daha əvvəl fransalı futbolçunun xidmətində "Liverpul", "Tottenhem" və "Arsenal" maraqlı olsa da, o, "Bavariya"nın təklifini qəbul edib.
Qeyd edək ki, Turam 2019-cu ilin iyulundan Münhenqladbax "Borussiya"sında çıxış edir. O, bu mövsüm 20 matçda iştirak edərək 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Fənərbaxça" ispaniyalı üçün "Roma" ilə danışıqlara başlayıb
- "Qalatasaray" derbidə əzəli rəqibinə "toy tutdu"
- Menecer: “Qarabağ”ın “transfermarkt”dakı qiymətinə baxanda təəccübləndim”
- Xristov: “Sabah" nə qədər güclü olsa belə "Qarabağ"dan çempionluğu ala bilməyəcək” - MÜSAHİBƏ
- “Barselona” “Jirona”dan futbolçu alır
0
0