“Bayer” daha bir futbolçu ilə razılaşdı
22.06.2025 - 20:13

“Bayer” heyətini yeni oyunçu ilə gücləndirəcək.
Apasport.az xəbər verir ki, klub “Liverpul”un mərkəz müdafiəçisi Carrell Kuansa ilə razılaşıb.
Almaniya təmsilçisi 22 yaşlı oyunçunun transferi üçün 30 milyon + 5 milyon funt sterlinq ödəyəcək.
Onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq.
Bildirilir ki, "Liverpul" tərəfi razılaşmaya gerialma bəndini də əlavə edib.
Qeyd edək ki, Carrel Kuansa başa çatan mövsümdə “Liverpul”un heyətində 25 oyuna çıxıb. Onun klubla olan hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
- Antonio Konte "Napoli"də
- Qaltye: “Nəyə qadir olduğunu bütün dünya bilir”
- Milli komandamız beynəlxalq turnirdə mübarizə aparacaq
- İrəvanda mükafat qazanan türkiyəli idmançı: “Medalı Azərbaycana hədiyyə etdiyim üçün çox qürurluyam”
- Emin İmaməliyev: "Juninyo getsə də, "Qarabağ" hücum zonasında sıxıntı çəkməyəcək"
0
0