"Bayer"li müdafiəçi "Real"ın radarında
01.04.2025 - 10:16
"Bayer Leverkuzen"in mərkəz müdafiəçisi Pyero İnkapi "Real"ın radarına düşüb.
Apasport.az xəbər verir ki, madridlilər mərkəzi müdafiəni gücləndirmək üçün yayda bu mövqeyə ən az 1 transfer planlayırlar.
“Sky Sport”un məlumatına görə, İnkapi “Real”ın siyahısında yer alıb.
Ötən il Londonun "Çelsi" və "Tottenhem" klubları da ekvadorlu futbolçu ilə maraqlanırdılar.
Qeyd edək ki, İnkapi "Bayer"lə 2029-cu ilə qədər müqavilə imzalayıb. 23 yaşlı futbolçunun dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
- “Barselona” De Yonqla danışıqlara başladı
- Millətlər Liqası: İspaniyadan qələbə, Polşada 6 qol - YENİLƏNİB
- Kənan Kərimov: "Qarabağ" səfərdə daha iddialı, daha yaxşı oynayır" - Açıqlama
- Növbəti cüt müəyyənləşdi - Fil Dişi Sahili Norveçlə üz-üzə gələcək
- "Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
0
0