Benzema “Sevilya” ilə oyunu buraxacaq
22.10.2022 - 16:24
İspaniya La Liqasının XI turunda “Sevilya” ilə qarşılaşacaq “Real” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, hücumçu Kərim Benzema sıradan çıxıb.
Son məşqi yarımçıq tərk edən 34 yaşlı fransalı forvard tibbi müayinədən keçib. Benzemada əzələ yorğunluğu diaqnozu qoyulub. Məşqçilər korpusu “Sevilya” ilə bugünkü görüşdə onun xidmətindən istifadə etməmək qərarına gəlib.
Qeyd edək ki, “Real” – “Sevilya” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Portuqaliya - Fransa görüşünün ən yaxşı futbolçusu bəlli olub
- Premyer Liqa: “Everton” mövsümdə ilk qələbəsini qazanıb
- Taekvondo üzrə dünya çempionatının Təşkilat Komitəsinin iclası keçirilib
- Azərbaycan millisinin sabiq futbolçuları məşqçi kursuna qatılıblar
- Prezidentdən “Qarabağ” – “Nant” matçı ilə bağlı PAYLAŞIM
0
0