“Beşiktaş” yeni mövsüm üçün edəcəyi transferlərin sayını açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, komandanın idman direktoru Çeyhun Kazançı İstanbul təmsilçisinin ən az 4 futbolçu ilə güclənəcəyini açıqlayıb.
Klub funksioneri 40 yaşlı yarımmüdafiəçi Atiba Hatçinsonun mövsümün sonunda komandadan ayrılacağını deyib. Kanadalı futbolçu karyerasını ölkəsində davam etdirəcək.
Portuqaliyalı Gedson Fernandesin ən az bir mövsüm daha klubda qalmasını istədiklərini deyən Kazançı 20 milyon avro təklif gələcəyi halda futbolçunu sata biləcəklərini vurğulayıb.
29 yaşlı ingiltərəli yarımmüdafiəçi Nathan Redmondun komandada qalma ehtimalının yüksək olduğunu deyən idman direktoru futbolçu ilə danışıqların davam etdiyini, razılaşmanın hələlik əldə olunmadığını söyləyib.
Qeyd edək ki, çempionatda 31 oyuna çıxan “qara qartallar” topladığı 65 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alır.
- AFFA "Qarabağ"ı 2500, "Neftçi"ni 2000 manat cərimələyib
- Nazim Əliyev: “Bir balaca pul olan kimi o saat xaricdən oyunçu dəvət edirlər.” - MÜSAHİBƏ
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Olimpiya Oyunlarının qaranlıq üzü: Zərif cinsin güclü iradəsi
- Suarez 500-cü qolunu vurdu