“Beşiktaş” mövsümün əvvəlində icarə əsasında heyətinə qatdığı El Bilal Ture ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi malili hücumçunun transfer hüquqlarını tam almaq üçün fəaliyyətə başlayıb.
Bu barədə “Africafoot” nəşri məlumat yayıb.
Bildirilir ki, “qara qartallar”ın rəhbərliyi futbolçunun çıxışından razıdır və onun komandada qalmasını istəyir. Bu səbəbdən klubun yaxın vaxtlarda oyunçunun məxsus olduğu “Atalanta” ilə rəsmi danışıqlara başlaması planlaşdırılır.
Qeyd edək ki, 24 yaşlı hücumçu bu mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Erhan Toker: “İndiki hədəf Kiprdən qələbə ilə ayrılmaqdır”
- Azər Salahlı: “Bu dəfə final oyunu kimi düşündük”
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında iştirak edirlər
- Siyasət Əsgərov: “Təlim-məşq toplanışının bizə çox köməyi olacaq”
- "Aston Villa" "Liverpul"u "topa tutdu" - 4-ə yüksəldi