Bonuççiyə ispan əvəzləyici
02.11.2022 - 16:36
“Vilyarreal”ın müdafiəçisi Pau Torres mövsümün sonunda komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, “Yuventus” 25 yaşlı oyunçunun transferində maraqlıdır.
“Qoca sinyora” Leonardo Bonuççinin gedişindən sonra komandaya uzun müddət xidmət edəcək mərkəz müdafiəçisi axtarışındadır. Rəhbərlik Torresi veteran futbolçuya layiqli əvəzləyici qismində görür. İspaniya millisinin üzvü həmçinin “Mançester Yunayted”in də gündəmindədir.
Qeyd edək ki, “Vilyarreal”ın yetirməsi olan Pau Torresin müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
- İngiltərə minimal hesabla qalib gəldi - YENİLƏNİB
- "Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" - Qalmaqal
- Portuqaliyalı vingerin “Yuventus”dakı gələcəyi müəyyənləşdi
- "Turan Tovuz"un prezidenti Aziz Yıldırımla görüşüb - FOTO
- Taekvondoçularımız “Fujairah Open” beynəlxalq turnirində 6 medal qazanıblar
0
0