“Mançester Siti”nin vingeri Savinyo qış transfer pəncərəsində klubdan ayrıla bilər.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu gözləntiləri doğrultmadığı üçün “şəhərlilər” yanvarda gələcək sərfəli təklifləri nəzərdən keçirməyə hazırdır.
21 yaşlı oyunçu klub tərəfindən 50 milyon funt sterlinqə (təxminən 57 milyon avro) qiymətləndirilir.
Hazırda Savinyo ilə ən ciddi maraqlanan klub “Tottenhem”dir.
Qeyd edək ki, Savinyo cari mövsümdə Pep Qvardiolanın komandasında 15 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”
- Şahruddinin komandası qələbə qazandı
- Boksçularımız Gimnaziadada mübarizə aparacaq
- Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə edib
- "Şamaxı" klubu portuqaliyalı qapıçı transfer edib