"Çelsi" məşhur futbolçunun oğlu ilə peşəkar müqavilə imzalayıb
02.12.2025 - 10:45
Braziliyalı futbolçu Tiaqo Silvanın oğlu İsaqo Silva ilk peşəkar müqaviləsini imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə sol cinah oyunçusunun çıxış etdiyi “Çelsi” klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
17 yaşlı İsaqo 13 yaşından “Çelsi”nin akademiyasındadır. O, bu mövsüm U-18 komandasında bir oyuna çıxıb.
Hazırda “Fluminense”də forma geyinən Tiaqo Silva karyerası ərzində “Çelsi”, “Milan”, PSJ kimi klublarda çıxış edib.
- Yığmamızın məşqçisi: "Komandamız EYOF-dan Vətənə medallarla qayıdacaq”
- Aqil Nəbiyevin yetirmələri UEFA İnkişaf Turnirində iştirak edəcək
- Elmar Baxşıyev: “Oyunçularım bəzi adamların cavabını meydançada verdilər”
- “Neftçi”dən ayrılan futbolçu Qətər klubuna keçə bilər
- Ronaldo təcavüz ittihamı ilə hakim qarşısında
0
0