“Çelsi” Denni Uelbekin transferi ilə bağlı “Brayton”la razılığa gəlib.
Apasport.az xəbər verir ki, 35 yaşlı ingiltərəli mərkəz hücumçusu London klubu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcək. Futbolçu tibbi müayinədən keçdikdən sonra transfer rəsmiləşəcək.
Uelbekin ayrılmaq istəyini klub rəhbərliyinə bildirməsindən sonra “Brayton” onun transferinə razılıq verib. Təcrübəli hücumçu ötən mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 13 qol vurub.
“Çelsi” “Brentford”un yarımmüdafiəçisi Cordan Hendersonun da transferini yekunlaşdırmaq üzrədir. 36 yaşlı futbolçunun yaxın günlərdə London klubuna qoşulacağı gözlənilir.
- Azərbaycanın futzal millisinin Çexiya və Latviyaya qarşı matçlarının statistikası açıqlanıb
- Avropa çempionatının ikinci günündə ikinci qızıl medal
- "Araz-Naxçıvan" püşkatmaya V səbətdən qoşulacaq
- “Neftçi” “Şamaxı” ilə matçın hazırlığını yekunlaşdırıb
- Orxan Məmmədov "Zirə"nin məqsədini açıqladı - MÜSAHİBƏ