"Çelsi"dən 40 milyonluq transfer
28.07.2025 - 16:11
İngiltərə Premyer Liqası təmsilçisi “Çelsi” növbəti transferini tamamlamaq üzrədir.
Apasport.az xəbər verir ki, “zadəganlar” “Ayaks”ın 19 yaşlı müdafiəçisi Jorrel Hato ilə razılıq əldə edib.
Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Tərəflər niderlandlı müdafiəçi üçün 40 milyon avroluq məbləğə razılaşıb.
Oyunçu ilə 6 illik sözləşmə nəzərdə tutulub.
Qeyd edək ki, Jorrel Hato ötən mövsüm “Ayaks” forması ilə çıxdığı 44 matçda 2 qol və 6 məhsuldar ötürməyə imza atıb.
- Aynur Sofiyeva FIDE mükafatı ilə təltif olundu
- Kerem Aktürkoğlunun qolu Çempionlar Liqasının ən yaxşısı seçildi - VİDEO
- Füzuli Məmmədov: "Matçın ədalətli nəticəsi bərabərlik idi"
- "Araz-Naxçıvan"ın hücumçusu: "Neftçi" ilə görüşdə qələbə çox vacib idi" - Müsahibə
- Rəşad Sadıqov: “Avrokuboklar bizim əsas məqsədimizdir”
0
0