“Çelsi”dən uğursuzluq: 11 ayda 8 qələbə
02.12.2023 - 16:26
“Çelsi”nin 2023-cü ildəki ümumi göstəriciləri açıqlanıb.
Apasport.az xəbər verir ki, İngiltərə klubu başa çatmaqda olan ili uğursuz keçirib.
11 ay ərzində baş tutan Premyer Liqadakı 34 görüşdən 21-i ötən, 13-ü cari mövsümə təsadüf edib. Cəmi 8 qələbəsi olan komanda 11 heç-heçə edib və 15 dəfə uduzub. Londonlular 34 qarşılaşmada 35 xal toplayıb.
İl ərzində klubu 4 baş məşqçi çalışdırıb. Aprelin 2-dək Qrem Potter, aprelin 5-dək Bruno Saltor, iyunadək Frenk Lempardın tutduğu post hazırda Maurisio Poçettinodadır.
- Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Karate Federasiyası arasında əməkdaşlıq Memorandumu
- İngiltərə millisi dünya çempionu olarsa, qazanacağı məbləğ bilindi
- Millimizin futbolçusu: “İki oyundan altı xal toplamaq üçün vuruşacağıq” - Müsahibə
- “Neftçi”də yeni mətbuat katibi
- ÇL: “Araz-Naxçıvan” Lüksemburq təmsilçisi ilə heç-heçə edib
0
0