Manuel Noyer uzun fasilədən sonra Çempionlar Liqası matçında meydana çıxıb.
Apasport.az xəbər verir ki, “Bavariya”nın qapıçısı 2022-ci ilin oktyabrından bəri ilk dəfə qitənin bir nömrəli klub turnirində forma geyinib.
37 yaşlı qolkiper turnirin qrup mərhələsinin 4-cü turunun "Qalatasaray"la (2:1) oyununda komandanın start heyətində yer alıb. Uzun müddət zədələrlə mübarizə aparmalı olan alman çərçivə qoruyucusu ötən ilin payızından bəri ilk dəfə turnirdə çıxış edib. O, sonuncu dəfə 4 oktyabr 2022-ci ildə “Viktoria Pilzen”ə qarşı matçda çıxış etmişdi.
Qeyd edək ki, Noyer bundan əvvəl oktyabrın 28-də “Darmştadt”la (8:0) Bundesliqa görüşündə meydana çıxaraq son 10 ayda ilk dəfə “Bavariya”nın qapısını qoruyub.
- MY "Barselona"nın futbolçusundan gözünü ayırmır
- Messi karyerasının ən yaxşı qolunu açıqlayıb - VİDEO
- Sabiq “Qarabağ”lıdan Konfrans Liqası proqnozu - MÜSAHİBƏ
- Çempionlar Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Milan” Madriddən qalib dönür - YENİLƏNİB
- Kempbel: "Bu mövsüm vəziyyət bir qədər çətindir"