Donnarummadan ayrılıq mesajı
13.08.2025 - 00:52
Donnarummadan ayrılıq mesajı

Canluici Donnarumma PSJ-dən ayrılacaq.

Apasport.az xəbər verir ki, bunu qolkiperin özü açıqlayıb.

O, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Donnarumma komandanı tərk etdiyinə görə məyus olduğunu bildirib. 26 yaşlı qolkiper azarkeşlərin dəstəyini və sevgisini heç vaxt unutmayacağını vurğulayıb.

Qeyd edək ki, 2021-ci ildən PSJ-də çıxış edən Canluici 161 oyunda komandanın qapısını qoruyub.