“Dortmund”da ciddi itki - MÖVSÜMÜ BAŞA VURDU
08.04.2025 - 00:08

Almaniya Bundesliqası təmsilçilərindən "Borussiya Dortmund" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Niko Şlotterbek sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı oyunçu diz nahiyəsindən zədə alıb. Futbolçu mövsümün qalan hisssəsində komandasına köməklik göstərə bilməyəcək.
Xatırladaq ki, "Dortmund" Nikonu 2022-ci ildə 20 milyon avroya "Frayburq"dan heyətinə qatıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 assistlə yadda qalıb.
0
0