“Dortmund”un futbolçusu “Barsa”nın hədəfində
28.09.2025 - 16:21
"Borussiya Dortmund"un hücumçusu Seru Qirassi karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Barselona" qvineyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
La Liqa nəhənginin baş məşqçisi Hans Flik Qirassinin oyunu çox bəyənir. Kataloniyalılar gələn il 29 yaşlı forvardı heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Borussiya" Seru Qirassini ötən ilin yayında "Ştutqart"dan transfer edib.
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Vadim Abdullayev: “Oyunlar bu düşüncələri darmadağın etdi” - MÜSAHİBƏ
- Güləşçimiz Dünya Çempionatının gümüş medalını qazanıb
- Ukrayna tarixinin ən bahalı futbolçuları – Zinçenko 2-ci pilləyə yüksəldi
- Flikin taleyinə Yaponiya və Fransa oyunlarından sonra aydınlıq gələcək
0
0